Afrikanın ən böyük İES-ində yanğın olub

Afrikanın ən böyük İES-ində yanğın olub
  11 Sentyabr 2021    Oxunub:1497
Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindən 80 km şərqdə yerləşən Kendal kəndindəki istilik elektrik stansiyasında yanğın baş verib.
Azvision.az xəbər verir ki, bu barədə yerli “ENCA” telekanalı məlumat yayıb. Qeyd olunub ki, İES-in bir neçə blokuna ziyan dəyib.

Öz növbəsində, istilik elektrik stansiyasının sahibi, dövlətə məxsus elektrik şirkəti “Eskom” yanğın səbəbiylə iki blokun söndürüldüyünü açıqlayıb. Yanğından zərər çəkmiş binada olan stansiyanın şəxsi heyəti təxliyə edilib.

Xatırladaq ki, Kendal kəndindəki İES 1993 -cü ildə istismara verilib, kömürlə işləyir və gücünə görə dünyada 22-ci İES sayılır. Stanisyanın 6 enerji bloku var. Onun ümumi gücü 4,1 MVt-dır.

Azvision.az


Teqlər: İES  



Xəbər lenti