Ermənistanda 4 aydır itkin düşən əsgəri tapa bilmirlər

  11 Sentyabr 2021    Oxunub :740
   Ermənistanda 4 aydır itkin düşən əsgəri tapa bilmirlər
Mayın 18 -də Vardenisdə itkin düşən erməni əsgər hərbi xidmətdən qəsdən yayındığı üçün axtarışa verilib.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edilir ki, Norik Aqababyan adlı hərbçinin anası Lilit Aqababyan jurnalistlərlə söhbətində oğlunun xidmətdən yayınması barədə deyilənlərlə razılaşmayıb.

"Anlaya bilmirəm ki, onunla necə davrandıblar. Heç oğlumun hansı istiqamətə getdiyini belə bilmirlər. Onun əsir düşməsi də mümkündür. Mən heç bir variantı istisna etmirəm",-müəmmalı şəkildə yoxa çıxmış əsgərin anası deyib.

Xatırladaq ki, mayın 18 -də erməni əsgərlərdən biri Tavuş bölgəsinin Koxb kənd sakini olan Norik Aqababyan Vardenisdə yoxa çıxıb.

18 yaşlı əsgər Vardenisdə yanvar ayından xidmət edirmiş. O itkin düşəndən sonra telefonunun həmin ərazidən təxminən 30 km məsafədə olması aşkarlanıb.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   itkin  







Xəbər lenti