Kolleclərin boş qalan yerlərinə qəbul olunanların siyahısı açıqlandı

   Kolleclərin boş qalan yerlərinə qəbul olunanların siyahısı açıqlandı
  12 Sentyabr 2021    Oxunub:1487
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 9-cu və 10-cu nömrələrini nəşr edib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, 9-cu nömrədə 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

10-cu nömrədə isə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində dərc olunub.

Jurnalları aşağıdakı ünvanlarda yerləşən "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. (burada sentyabrın 13-dən etibarən)

Jurnalların elektron versiyasını (pdf formatında) sentyabrın 13-dən DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Azvision.az


Teqlər: Kollec  





Xəbər lenti