Ermənistanda daha 453 nəfər koronavirusa yoluxdu

Ermənistanda daha 453 nəfər koronavirusa yoluxdu
  12 Sentyabr 2021    Oxunub:811
Ermənistanda son sutka ərzində daha 453 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 248 850 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 7 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5002-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1174 nəfərdir.

Aktiv xəstələrin sayı 10146 nəfər təşkil edir.

Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti