Müqavimətçilərlə taliblər yenidən toqquşdu

   Müqavimətçilərlə taliblər yenidən toqquşdu
  12 Sentyabr 2021    Oxunub:1202
Əfqanıstanda hakimiyyəti ələ alan radikal "Taliban" hərəkatının silahlıları ilə Milli Müqavimət Cəbhəsinin döyüşçüləri arasında şimali Bağlan əyalətində yenidən qarşıdurmalar baş verib. Bu barədə TASS -a bölgədəki mənbə məlumat verib.
"Bu səhər Bağlanın Andarab vadisinin Puli-Hisar bölgəsində "Taliban"la müqavimətçilər arasında döyüşlər yenidən başladı. İtki verən "Taliban" döyüşçüləri bölgədən geri çəkilməyə məcbur oldular",-deyə mənbə bildirib.

Şahanə Rəhimli

Azvision.az



Teqlər: Əfqanıstan  



Xəbər lenti