Rusiyada təyyarə sərt eniş edib, xəsarət alanlar var

Rusiyada təyyarə sərt eniş edib,    xəsarət alanlar var
  12 Sentyabr 2021    Oxunub:1455
Rusiyanın İrkutsk vilayətində “L-410” tipli təyyarə sərt eniş edib.
Azvision.az xəbər verir ki, bu barədə TASS-a təcili tibbi yardım xidmətindən bildirilib.

“İlkin məlumatlara görə, Kazaçinskoye kəndindən 4 km cənub-qərbdə İrkutskdan Kazaçinskoye istiqamətində uçan “L-410” təyyarəsi sərt eniş edib. Təyyarənin göyərtəsində ikisi ekipaj üzvü olmaqla 14 nəfər olub”, - məlumatda belə deyilir. Bildirilir ki, nəticədə bir neçə nəfər xəsarət alıb.

Təyyarə eniş zamanı alışıb, ağaclara dəyərək qəzaya uğrayıb. Bir neçə nəfər xəsarət alıb, onlardan bəziləri sərbəst şəkildə təyyarədən düşüblər. Hadisə yerinə xilasedicilər cəlb olunub.

Hadisənin ya dumanda eniş etmək istəyən ekipajın səhvi, ya da mühərrikin sıradan çıxması ucbatından baş verdiyi ehtimal olunur.

Azvision.az




Teqlər:





Xəbər lenti