"Taliban" Pəncşirdə silah anbarı aşkarlayıb

"Taliban" Pəncşirdə silah anbarı aşkarlayıb
  13 Sentyabr 2021    Oxunub:947
"Taliban" hərəkatı Əfqanıstan Milli Müqavimət Cəbhəsinə aid xeyli sayda silah-sursat olan daha bir böyük anbarı ələ keçirib.
Azvision.az xəbər verir ki, bu barədə "Taliban" rəsmiləri məlumat yayıb. Qeyd edilir ki, ələ keçirilən silah arsenalı ilə dolu olan anbar bu yaxınlarda yaraqlıların nəzarətinə keçən Xinc bölgəsində yerləşir. Anbarda həm Amerika, həm də Sovet istehsalı olan 10 tondan çox sursat və bir neçə yüz silah olduğu bildirilir.

Xatırladaq ki, "Taliban" bir neçə gün öncə də Pəncşirdə silah anbarı aşkarladığını bəyan etmişdi.



Tural Tağıyev
Azvision.az



Teqlər: Taliban  





Xəbər lenti