Ermənistanda koronavirusdan ölənlərin sayı 5 mini ötüb

Ermənistanda koronavirusdan ölənlərin sayı 5 mini ötüb
  13 Sentyabr 2021    Oxunub:623
Ermənistanda son sutka ərzində daha 296 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 249 146 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 16 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5018-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1175 nəfərdir.

Aktiv xəstələrin sayı 9848 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti