Yeni ştammların simptomları da yenidir

   Yeni ştammların simptomları da yenidir
  13 Sentyabr 2021    Oxunub:1383
Dünyada koronavirusun yeni ştammlarının ortaya çıxması ilə xəstəliyin ilkin simptomları da dəyişməyə başlayıb. İngiltərədə aparılan araşdırmaya əsasən, virusun yeni variantları ilə xəstələnən və ya peyvənd olunsa da yoluxan şəxslərdə müxtəlif simptomlar müşahidə edilir.
Azvision.az xarici mətbuata istinaən xəbər verir ki, artıq burun axması, baş ağrısı, asqırmaq, boğaz ağrısı və iy bilmənin itməsi son vaxtlar ən çox müşahidə edilən 5 simptomdur.

Mütəxəssislər bu simptomları özlərində müşahidə edənlərin peyvənd olunub-olunmamasından asılı olmayaraq test verməsinin vacibliyini vurğulayıblar.

Lakin "Mü" və "Delta" ştammlarına yoluxan insanlarda aşağıdakı simptomlar da müşahidə edilir.

Yüksək temperatur, üşümə, uzunmüddətli öskürək, iy bilmənin itməsi və ya dəyişməsi, dad bilmənin itməsi və ya dəyişməsi, baş ağrısı, yorğunluq, boğaz ağrısı, yaddaş pozğunluğu, dərinin zədələnməsi, ağız və dildə meydana gələn dəyişikliklər, əl və ayaq barmaqlarda qızartı və ya ağrı, nəfəs darlığı, sinə ağrıları, əzələ ağrıları, səs tutulması, ishal, iştahsızlıq, qarın ağrısı, burunun axması, asqıraq əlamətərini özündə müşahidə edənlər mütləq test verməlidir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti