BMT-nin Ali komissarı Əfqanıstana səfər edib

BMT-nin Ali komissarı Əfqanıstana səfər edib
  13 Sentyabr 2021    Oxunub:617
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali komissarı Filippo Qrandi Əfqanıstana səfər edib.
Azvision.az xəbər verir ki, bu barədə BMT rəsmisi “Twitter” hesabında bildirib.

"Bu gün səhər Kabilə gəldim. Səfərim zamanı ölkənin mövcud humanitar ehtiyaclarını və 3,5 milyon köçkünün vəziyyətini qiymətləndirəcəyəm", - Qrandi yazıb.

O, BMT-yə və bölgədə bu problemlərin həlli üçün çalışan qeyri-hökumət və humanitar təşkilatların əməkdaşlarına minnətdarlığını bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: BMT   Əfqanıstan  





Xəbər lenti