6 aylıq uşaqlarda koronavirus vaksininin sınağına başlanılır

6 aylıq uşaqlarda koronavirus vaksininin sınağına başlanılır
  13 Sentyabr 2021    Oxunub:1159
Finlandiyanın Tampere Universiteti "Biontech" və "Pfizer"in koronavirus peyvəndini 6 aylıq körpələrdə sınaqdan keçirəcək. Azvision.az xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" telekanalı məlumat yayıb.
Tədqiqata qatılan uşaqlara ya peyvənd, ya da "plaseb" vurulacaq. Bundan sonra tədqiqatçılar bədənin yeni peyvəndə olan reaksiyasını müşahidə edəcəklər. Temperaturun yüksəlməsi, iynə vurulan yerdə qızartının görünməsi və s. məsələlər araşdırılacaq. Ancaq körpələr yan təsirləri özləri ifadə edə bilmədikləri üçün onların əsəbiliyinə, ağlamasına və ya iştahasızlığına xüsusi diqqət yetiriləcək. Bundan əlavə, bir müddət sonra bədəndəki antikorların səviyyəsi yoxlanılacaq.

İnstitutun direktoru Mika Ryametin sözlərinə görə, altı aya qədər olan körpələr ana bətnində "plasent" vasitəsilə alınan immuniteti qoruyub saxlayır. Buna görə də vaksinasiyaya ehtiyac yoxdur.

Araşdırma İspaniya, ABŞ və Polşa daxil olmaqla dörd ölkədə də aparılacaq.

Əgər vaksinasiya kiçik yan təsirləri ilə yadda qalarsa, körpələr gələn ilin əvvəlində peyvənd ediləcəklər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Peyvənd   Finlandiya  





Xəbər lenti