10-dan çox qorilla koronavirusa yoluxub

10-dan çox qorilla koronavirusa yoluxub
  13 Sentyabr 2021    Oxunub:1859
Amerikanın Atlanta şəhərindəki zooparkda 13 qorillaya koronavirus diaqnozu qoyulub.
Azvision.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Meymunlarda burun axması, yüngül öskürək və iştahsızlıq kimi simptomlar meydana gəlib. Heyvanlardan götürülən testlərin nəticələri isə hamını təəccübləndirib- 20 qorilladan 13 -ü koronavirusa yoluxub.

Ehtimal edilir ki, qorillalara virus xüsusi qoruyucu geyimdə olan bir baxıcıdan keçib.

Yaxın günlərdə zooparkda olan oranqutanlar, Sumatra pələngləri, Afrika aslanları və bəbirlər də daxil olmaqla bütün heyvanların peyvəndlənməsi planlaşdırılır.

Tural Tağıyev
Azvision.az



Teqlər: Koronavirus   Qorilla  





Xəbər lenti