ABŞ-da transseksual ilk dəfə yepiskop oldu

ABŞ-da transseksual ilk dəfə yepiskop oldu
  13 Sentyabr 2021    Oxunub:1070
Amerikadakı Yevangelist Lüteran kilsəsinə ilk dəfə transseksual yepiskop seçilib.
Azvision.az xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Meqan Rohrer may ayında bu vəzifəyə seçilib, fəaliyyətə isə 11 sentyabrda başlayıb.

O, Kaliforniya və Nevada ştatında 200 kilisənin işinə nəzarət edəcək. Buna qədər Rohrer şəhərdəki evsizlərə və LGBT icmalarına kömək edib. Qərb mediası yepiskopun öz xahişi ilə ona "onlar" əvəzliyindən istifadə edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Yepiskop  





Xəbər lenti