Britaniya baş naziri Baydenlə görüşəcək

Britaniya baş naziri Baydenlə görüşəcək
  13 Sentyabr 2021    Oxunub:1045
Böyük Britaniyanın Baş naziri Boris Conson BMT Baş Assambleyasının açılışında iştirak etmək üçün ABŞ-a 4 günlük səfər edəcək.
Azvision.az xəbər verir ki, məlumatı “The Times” yayıb. Səfər çərçivəsində Conson bu ölkənin Prezidenti Cozef Baydenlə görüşəcək.

Əfqanıstandan qoşunu çıxardıqdan sonra Böyük Britaniya ilə ABŞ arasında yaranmış vəziyyətin də səfər zamanı müzakirə ediləcəyi gözlənilir. İki ölkə liderinin görüşündə məqsəd həm də noyabrın 1-dən 12-dək Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına hazırlaşmaqdır.

Bildirilib ki, BMT Baş Assambleyasının növbəti sessiyası sentyabrın 14-də açılacaq. Ümumi müzakirələr sentyabrın 21-dən 27-dək davam edəcək.

Azvision.az


Teqlər: Britaniya   ABŞ  





Xəbər lenti