"Əl-Qaidə" xaricdə hücumlar təşkil edə bilmir" - Dövlət Departamenti

         "Əl-Qaidə" xaricdə hücumlar təşkil edə bilmir" -    Dövlət Departamenti
  14 Sentyabr 2021    Oxunub:1410
"Əl-Qaidə" terror təşkilatının yaraqlıları Əfqanıstanın hüdudlarından kənarda terror aktları həyata keçirə bilməzlər.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmə zamanı deyib.

"Öldü" deyilən "Əl-Qaidə" liderinin videosu yayıldı
-Kəşfiyyatın hazırkı qiymətləndirməsinə görə, "Əl-Qaidə"nin imkanları uzun müddət o dərəcədə deqradasiyaya uğrayıb ki, onlar xaricdə hansısa hücumlar təşkil edə bilmirlər. Ancaq hər zaman ayıq-sayıq olacayıq ki, belə təhlükələr təkrarlanmasın.

Blinken məsələ ilə əlaqədar ABŞ -ın tərəfdaşları ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu da vurğulayıb.

ABŞ dövlət katibi, Komitənin qapalı iclasında müəyyən detalları müzakirə etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, bu günlərdə "Əl-Qaidə" terror təşkilatının lideri Ayman əl-Zəvahirinin yeni videogörüntüləri yayılıb. Video Ayman əl-Zəvahirinin 11 sentyabr hadisələrinin 20-ci ildönümünə həsr olunub.

Xatırladaq ki, 2020-ci ilin sonlarında mediada əl-Zəvahrinin xəstəlikdən ölməsi barədə şayiələr yayılmışdı. O vaxtdan bəri terrorçuların liderinin həyatda olmasına dair heç bir video və ya başqa bir sübut görünməmişdi.

Tural Tağıyev
Azvision.az



Teqlər:   ABŞ   Əl-Qaidə  





Xəbər lenti