Kabilə ilk kommersiya uçuşu - Daha 80 vətəndaş ölkəni tərk etdi

   Kabilə ilk kommersiya uçuşu -    Daha 80 vətəndaş ölkəni tərk etdi
  14 Sentyabr 2021    Oxunub:993
Pakistan Beynəlxalq Havayolları "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bu ölkəyə ilk kommersiya uçuşunu həyata keçirib.
Azvision.az xəbər verir ki, bu barədə hava yollarının sözçüsü Abdullah Hafiz Han Anadolu Agentliyinin müxbirinə açıqlama verib. O bildirib ki, İslamabaddan Kabilə gedən ilk kommersiya təyyarəsində bir qrup jurnalist olub.

Çarter reysi ilə geri dönən təyyarədə Dünya Bankının işçiləri, beynəlxalq media nümayəndələri və ölkədən ayrılmaq istəyən 80 vətəndaş yer alıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Əfqanıstan   Kabil  





Xəbər lenti