Putin Bəşər Əsədlə görüşüb

  14 Sentyabr 2021    Oxunub :259
Putin Bəşər Əsədlə görüşüb
Rusiya Prezidenti Vladimir Putin Kremldə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.

Suriya rəhbəri koronavirus infeksiyası ilə mübarizədə və respublikaya ərzaq tədarükündə göstərilən köməyə görə qarşı tərəfə minnətdarlığını bildirib.

"Bu fürsətdən istifadə edərək sizin şəxsinizdə Rusiya dövlətinə, xalqına, hər bir vətəndaşına uzun müddətdir əziyyət çəkən Suriyaya göstərdiyi humanitar yardımlara, həmçinin, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etdiyi üçün Rusiya Xarici İşlər Nazirliyinə təşəkkür edirəm", - Əsəd deyib.

Putin isə bildirib ki, bütün çətinliklərə baxmayaraq insanlar Əsədə güvənir: "Əvvəlki illərin bütün çətinliklərinə və faciələrinə baxmayaraq, insanlar hələ də sizə inanır və bərpa,normal həyata qayıtma prosesini sizinlə əlaqələndirirlər. Bilirəm ki, bunun üçün çox işlər görürsünüz, eyni zamanda siyasi rəqiblərinizlə dialoq üçün çalışırsınız. Çox ümid edirəm ki, bu proses davam edəcək".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Vladimir-Putin   Bəşər-Əsəd  







Xəbər lenti