Narkotiklə tutulan şəxsdən avtomat götürülüb

C.Bağırovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çəkisi 1 kiloqram 500 qram olan 7 ədəd çətənə bitkisi və evindən 1 ədəd qoşa lüləli tüfəng aşkar edilərək götürülüb.
Tərtər RPŞ-nin keçirdiyi digər tədbirlə rayon ərazisində odlu silah aşkar edən şəxs həmin silahı polisə təhvil verib.
Belə ki, Şıxarx kənd ərazisində yerləşən su kanalından tapılan 1 ədəd “Kalaşnikov” markalı avtomat və 1000 ədəd 5.45 çaplı patronlar RPŞ-yə təqdim olunub.
Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.
Azvision.az
Teqlər: Narkotik