Ermənistanda virusa yoluxanların sayı artıb

Ermənistanda virusa yoluxanların sayı artıb
  14 Sentyabr 2021    Oxunub:1197
Ermənistanda son sutka ərzində daha 657 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 249 803 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 16 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5034-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1180 nəfərdir.

Aktiv xəstələrin sayı 10 068 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti