Baş nazirin anası vəfat edib

Baş nazirin anası vəfat edib
  14 Sentyabr 2021    Oxunub:822
Böyük Britaniyanın Baş naziri Boris Consonun anası, məşhur rəssam Şarlot Conson-Ual vəfat edib.
Azvision.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, o, 79 yaşında, xəstəxanada dünyasını dəyişib. Rəssamın ölüm səbəbi açıqlanmayıb.

Nəşr xatırladıb ki, Baş nazirin anasına 40 yaşında parkinson xəstəliyi diaqnozu qoyulub.

Qeyd edək ki, Consonun valideynləri 1979-cu ildə ayrılıblar. Bu evlilikdən dünyaya gələn dörd uşağın ən böyüyü Boris Conson o zaman 15 yaşında olub.
Xanım Conson 10 il sonra amerikalı tarixçi Nikolas Uolla yenidən evlənib. Birlikdə bir neçə il ABŞ-da yaşayıblar, ikinci həyat yoldaşının ölümündən sonra o, Britaniyaya qayıdıb.

Şarlot Conson-Ualın Britaniya və ABŞ-da sərgiləri təşkil olunub. Erkən yaşlarından rəsm çəkməyə başlayan Şarlota portretləri şöhrət gətirib. O, şəhər mənzərələri və natürmortlar da çəkib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Boris-Conson  





Xəbər lenti