Rusiya və İran prezidentlərinin görüşü təxirə salınıb

Rusiya və İran prezidentlərinin görüşü təxirə salınıb
  14 Sentyabr 2021    Oxunub:586
Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisinin görüşü təxirə salınıb. Buna səbəb Putinin özünü təcrid etməsidir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

"İkitərəfli görüş videoformatda keçirilməyəcək. Görüş növbəti fürsətə qədər təxirə salındı", - Peskov əlavə edib.

Bundan əvvəl İranın Rusiyadakı səfiri Kazem Cəlali Rəisi ilə Putinin Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşə biləcəklərini söyləmişdi. Lakin Rusiya Prezidenti COVİD xəstələri ilə təmasda olduğu üçün təcrid olunmaq qərarına gəlib. Putin bu həftə Düşənbədə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyasında, ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında, KTMT və ŞƏT-ə üzv ölkə liderlərinin birgə iclasında videokonfrans vasitəsilə iştirak edəcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   İran  





Xəbər lenti