Çexiya prezidenti hospitala yerləşdirilib

  14 Sentyabr 2021    Oxunub :240
Çexiya prezidenti hospitala yerləşdirilib
Çexiya prezidenti Miloş Zeman Praqanın Strşeşoviç mərkəzi hərbi hospitalına yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Məsələni araşdıran jurnalistlərə hospitaldan qısa şəkildə faktı təsdiqləyiblər.

Qeyd dək ki, Çexiya prezident bundan öncə də reabilitasiya tədbirləri çərçivəsində bir neçə dəfə həmin xəstəxanada müalicələr alıb. Ancaq hazırkı müalicənin daha uzun olacağı ehtimal edilir.

Xatırladaq ki, bu ilin yazında Zeman ayaqlarında problem olduğu üçün əlil arabasından istifadə etməyə başlayıb. 76 yaşlı prezident uzun müddət ayaqların nevropatiyası və şəkər xəstəliyindən müalicə alıb. Keçən ilin avqustunda isə yıxıldığı üçün qolunu sındırmışdı.

Tural Tağıyev
Azvision.az

Teqlər: Çexiya   Prezident   Xəstəlik  







Xəbər lenti