Çin Əfqanıstanın yeni hökumətini təbrik edib

Çin Əfqanıstanın yeni hökumətini təbrik edib
  14 Sentyabr 2021    Oxunub:746
Çinin Kabildəki səfiri Van Yu "Taliban"ı Əfqanıstanda yeni hökumət qurulması münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə “Taliban” sözçüsü Məhəmməd Naim Tvitter hesabında yazıb.

Onun sözlərinə görə, "Əfqanıstan İslam Əmirliyi"nin xarici işlər naziri Əmir Xan Mutaki Çinin Kabildəki səfiri Van Yu ilə görüşüb. Səfir yeni Əfqanıstan hökumətini təbrik edib. O, ölkəsinin Əfqanıstanla humanitar, iqtisadi və siyasi əməkdaşlığı inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyini söyləyib.

Xatırladaq ki, Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi sentyabrın əvvəlində açıqlanıb, ona “Taliban”ın ilk hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axund başçılıq edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Çin   Əfqanıstan  





Xəbər lenti