Kanadada məcburi vaksinasiyaya qarşı etiraz aksiyaları keçirilib

Kanadada məcburi vaksinasiyaya qarşı etiraz aksiyaları keçirilib
  14 Sentyabr 2021    Oxunub:680
Kanadada pandemiya ilə bağlı etiraz aksiyaları keçirilir.
Azvision.az xəbər verir ki, minlərlə kanadalının küçələrə çıxmasına səbəb məcburi peyvənd amili olub.

Yerli medianın yazmasına görə, etirazçılar Toronto, Ottava, Vinnipeq, Montreal və Halifaks şəhər xəstəxanalarının qarşısında toplaşıblar. Onlar hakimiyyəti peyvənd pasportlarını ləğv etməyə çağıran plakatlar qaldırıblar. Mitinq iştirakçıları tələb ediblər ki, vaksin vurdurmaqla bağlı qərar yalnız vətəndaşların ixtiyarına buraxılsın

Xatırladaq ki, bu günlərdə oxşar mitinqlər Avropada da təşkil edilib. Fransada koronavirusla bağlı məhdudiyyətlərə qarşı keçirilən etirazlar aksiyaları toqquşmalarla başa çatıb.



Tural Tağıyev
Azvision.az



Teqlər: Kanada   Aksiya   Vaksinasiya  





Xəbər lenti