Azərbaycan səfiri Avstriya prezidenti ilə görüşüb

Azərbaycan səfiri Avstriya prezidenti ilə görüşüb
  14 Sentyabr 2021    Oxunub:1112
Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli etimadnaməsini Avstriyanın Federal Prezidenti Aleksandr Van der Vellenə təqdim edib.
Azvision.az xəbər verir ki, səfir bildirib:

“Etimadnaməni Avstriyanın Federal Prezidenti Aleksandr Van der Vellenə təqdim etdim. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcəkdə daha da möhkəmləndirilməsi üçün avstriyalı həmkarlarımla əməkdaşlığa ümid edirəm”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti R.N.Sadıqbəylinin Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 23 iyul 2021-ci il tarixində Sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rövşən Sadıqbəyli Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

Azvision.az



Teqlər: Avstriya   Azərbaycan  





Xəbər lenti