Yeni Zelandiyanın adını dəyişmək istəyirlər: Deyə bilməyəcəksiniz!

  14 Sentyabr 2021    Oxunub :2760
 Yeni Zelandiyanın adını dəyişmək istəyirlər:  Deyə bilməyəcəksiniz!
Azvision.az “The Guardian” nəşrinə istinadən verdiyi məlumata görə, Yeni Zelandiyanın qədim yerli sakinləri olan maorilərin partiyası ölkənin adının rəsmi şəkildə dəyişdirilməsi bəyanatı ilə çıxış ediblər. Onlar vətənlərinə maori dilində “uzun ağ bulud ölkəsi” mənasını verən “Aotearoa” adının qaytarılması təklifini irəli sürüblər.
Maorilərin fikrincə, yalnız ölkəyə yox, həm də onun ərazisindəki digər toponimlərə də əvvəlki adlarını qaytarmaq lazımdır. Partiyada düşünürlər ki, hakimiyyət bununla ölkə sakinlərini birləşdirməyə müvəffəq olacaq.

-Ölkənin ilk və rəsmi dili olaraq maorini öz qanuni yerinə qaytarmağın vaxtı çoxdan çatıb. Biz polineziya ölkəsiyik, biz Aotearoayıq . Yeni Zelandiya isə holland toponimidir. Hətta hollandlar belə Hollandiya adını Niderlanda dəyişiblər”-partiya liderləri vurğulayırlar.


Baş naziri xanım Casinda Ardern ölkənin adının dəyişdirilməsi təkilfini hökumətin nəzərdən keçirmədiyini bildirsə də, getdikcə “Aotearoa” məfhumunun Yeni Zelandiya sözünün sinonimi kimi daha tez-tez işlədildiyini eşitdiyini və bunun müsbət bir hal olduğunu vurğulayıb.

Sahil İsgəndərov
Azvision.az

Teqlər: İndoneziya   Dünya-xəritəsi  







Xəbər lenti