Xarici investisiyalar azalıb

Xarici investisiyalar azalıb
  14 Sentyabr 2021    Oxunub:1032
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar əsas kapitala 2 milyard 924,4 milyon manat vəsait yönəldiblər.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

xəbnər veriliyinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % azdır.

Bu ilin ilk 8 ayı ərzində xarici ölkələrin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş sərmayənin 2 milyard 732 milyon manatı (93,4 %-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına aid olub.

Azvision.az



Teqlər: İnvestisiya  





Xəbər lenti