Azvision.az-ın xəbər verdiyinə görə, Anna Mkrtçyan öz çıxışında baş nazir Nikol Paşinyan da daxil olmaqla, bir sıra hakimiyyət nümayəndələrini “erməni əsrlərinin azad edilməsini bir qədər təxirə salmaq olar və onlara Azərbaycan əsirliyində Ermənistandakından daha yaxşı baxırlar” ifadəsini işlətməkdə günahlandırıb. Bunu həyasız yalan kimi qiymətləndirən Mkrtçyan guya erməni “əsrlər”lə vəhşicəsinə davranış, onların hüquqlarının və ləyaqətlərinin pozulması ilə bağlı Ermənistanın İnsan haqlarının müdafiəsi ofisinin apardığı araşdırmaların ürək göynədən səhnələrini təsvir edən fraqmentləri səsləndirib. O, çıxışını yekunlaşdıran zaman zaldan bir qadının “belə şeylər danışmağınızdan valideynlər şikayət edirlər” iradı səslənib. Bu iradı dəstəkləyən parlamentin sədri Alen Simonyan "izin belə uydurma səhnələri burada niyə sadaladığınıızı, açığı, mən başa düşmədim” ifadəsini işlədib.
Anna Mkrtçyan çıxışının nə üçün spiker tərəfindən şərh edildiyi ilə maraqlananda isə Alen Simonyan deputata tərəf baxmadan çox etinasız cavab verib: “
Kitab oxu, onda başa düşərsən”.
Sahil İsgəndərov
Azvision.az