Avtomobil istehsalı xeyli artıb

Təkcə avqust ayında 274 avtomobil buraxılıb ki, bu da iyul ayı ilə müqayisədə 89% çoxdur. Sentyabrın 1-nə hazır avtomobil ehtiyatı 239 ədəd təşkil edib.
Xatırladırıq ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 ədədtəşkil edib. Ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan karantin rejimi ilə bağlı olub. 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılıb. İstehsal ötən ilin iyununda bərpa olunub.
Azvision.az
Teqlər: Avtomobil-istehsalı