Səyahət zamanı peyvənd pasportu tələb olunmamalıdır - ÜST

  14 Sentyabr 2021    Oxunub :279
   Səyahət zamanı peyvənd pasportu tələb olunmamalıdır -    ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda peyvənd pasportlarının səyahət şərtləri kimi tələb olunmasına qarşı çıxıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus keçirdiyi brifinqdə deyib.

"Peyvənd pasportlarının səyahət üçün şərt olaraq istifadə edilməsini istəmirik. Bunun səbəbi hazırda hamının vaksin olunmamasıdır. Bu, ayrı-seçkilik üçün bir vasitə olacaq", - Qebreyesus bildirib.

ÜST-ün baş direktoru qeyd edib ki, gələcəkdə vaksin olunanların sayı artdıqca, bu ehtimal nəzərdən keçirilə bilər.

Azvision.az

Teqlər: ÜST   Peyvənd-Pasportu  







Xəbər lenti