"Gorus-Qafan yolu bağlansa, Ermənistan çökəcək"- Bozoyan

  15 Sentyabr 2021    Oxunub :458
   "Gorus-Qafan yolu bağlansa, Ermənistan çökəcək"-   Bozoyan
Azərbaycan polisinin Gorus-Qafan avtomobil yolunda nəzarəti gücləndirməsi Ermənistanda gərginliyə səbəb olub.
Azvision.az xəbər verir ki, İrandan gələn xeyli sayda yük avtomobilinin postda saxlanılaraq yoxlanılması erməni siyasətçilərdə təşviş yaradıb.

Yerli mediaya açıqlama verən politoloq Yervand Bozoyan ölkənin düşdüyü biabırçı duruma görə təəssüf hissi keçirib.

-Əgər Ermənistan hakimiyyəti məsuliyyət hissinə malik olsaydı, strateji Gorus-Qafan avtomobil yolunu əlində saxlayardı. Azərbaycan isə hər zaman göstərir ki, istənilən an Ermənistana öz iradəsini diktə edə bilər. Məsələn, yolu kəsərlər. Bu yol ölkənin birbaşa iqtisadi çöküşünə səbəb olan arteriya damarıdır.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   Yol   Politoloq  







Xəbər lenti