"İran nüvə silahı yaratmağa çox yaxındır" - İsrailin müdafiə naziri

"İran nüvə silahı yaratmağa çox yaxındır" -  İsrailin müdafiə naziri
  15 Sentyabr 2021    Oxunub:1911
İsrailin müdafiə naziri Beni Hans “Foreign Policy” jurnalına müsahibəsində İranın tezliklə nüvə silahına sahib olacağı ilə bağlı narahatlığını gizlətməyib. Onun sözlərinə görə, İran yaxın 2-3 ayda kifayət qədər material istehsal edərək potensialını artıracaq ki, bu da ona bir nüvə bombası yaratmaq imkanı verəcək.
Azvision.az xəbər verir ki, Beni Hansın dediyinə görə, diplomatik səylər İranın nüvə silahı istehsalı sahəsində cəhdlərinə mane ola bilmir. O bildirib ki, İsrailin fikrincə, bu müstəvidə İranın qarşısının alınmasında ən effektli vasitə ABŞ, Rusiya, Çin və Avropanın Tehrana siyasi-diplomatik və iqisadi təzyiqlər göstərməsi ola bilər.

"İran ABŞ və onun tərəfdaşlarının bu məsələdə çox ciddi mövqedə olmalarından qorxamlıdır” - Beni Hans vurğulayıb.

Nazir İranın öz məqsədinə çatacağı təqdirdə, regionda nüvə silahının istehsalı sahəsində yarışı stimullaşdıracağından ehtiyatlandığını bildirib.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: İsrail   İran  





Xəbər lenti