Şəhərsalma məsələləri üzrə işçi qrupunun iclası keçirilib
İclasda Ağdam şəhərinin Baş planına əsasən həyata keçirilən layihələr və qarşıda duran vəzifələr, o cümlədən digər şəhərlərin Baş planlarının hazırlanması istiqamətində müzakirələr aparılıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Rəqəmsal Geoinformasiya sisteminə inteqrasiya olunmalı qurumlar üzrə hesabat təqdim edilib.
Onlayn toplantıda aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən mühəndis kommunikasiya və nəqliyyat infrastrukturu layihələri, digər sahələrdə görülən işlər ətrafında fikir mübadiləsi aparılıb, məsələlərin birgə həlli yolları təhlil edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Azvision.az
Teqlər: Şəhərsalma