"Nuru paşalar bu gün də gəlməyə hazırdır" - Türkiyəli tarixçi

  15 Sentyabr 2021    Oxunub :2524
 "Nuru paşalar bu gün də gəlməyə hazırdır" -  Türkiyəli tarixçi
Bu gün Bakının erməni-bolşevik işğalından azad edilməsinin ildönümüdür. Düz 103 il öncə Osmanlı silahlı qüvvələrinin baş komandiri Ənvər Paşanın qardaşı Nuru Paşanın rəhbərlik etdiyi ordu erməni-bolşevik işğalında olan Bakı və ətraf rayonları qurtarmaq üçün bu torpaqlara gəldilər.
- Biz bu torpaqları qanımızla suladıq, - türkiyəli məşhur tarixçi və yazar Əhməd Anapalı Azvision.az-a deyib. O, qeyd edib ki, türk millətinin Azərbaycanı-Türkiyəsi olmaz, türk türkdür! Dünyadakı bütün türklər qardaşdır. Bu səbəbdən biz 103 il öncə Azərbaycana necə kömək etdiksə, bu gün də edərik.
Azərbaycan və Türkiyə təyyarələri döyüş uçuşları həyata keçirib - VİDEO
Bir gün Türkiyə dara düşərsə, o zaman da Azərbaycan kömək edəcək. Çanaqqala savaşında da qardaşlığımızı sübut etmişik. Bizim də 1915-ci ildə ehtiyacımız var idi. Onda da Azərbaycandan qardaşlarımız yardıma gəldilər. Qardaşlar dar gündə bilinər. Çanaqqala şəhidlər xiyabanını gəzənlər görər ki, Bakıdan, Qarabağdan, Naxçıvandan, Gəncədən, Şuşadan şəhidlər var. Çanaqqala Azərbaycanda doğulan türk qardaşlarımızın öz vətənidir. Yəni onlar öz vətənlərdində dəfn ediliblər. Azərbaycan da bizim vətənimizdir. Bizim orada şəhid düşən əsgərlərimiz xarici ölkədə uyumur. Öz vətənlərində dəfn olunublar.

Əhməd Anapalı xatırladıb ki, İrəvanın özü də türk xanlığı olub və Rəvan xanın adı ilə bağlıdır: "Rusların da köməkliyilə orada çox böyük qətliam törətdilər. Ermənilər tarix boyunca etdikləri qətliamların cavablarını mütləq verəcəklər. 1915-ci ildə Türkiyədə, 1992-ci ildə Xocalıda törətdikləri qətliamların hesabını da verəcək. Lazım olan anda yenə nuru paşalar Qafqaz-İslam ordularını hazırlayar və yenə Azərbaycanın yanında olarıq. Azərbaycanın yanında olmaq Türkiyə türkü üçün sevinc və şərəfdir. İllərdir bir-birindən qopardılmağa çalışılan bu iki qardaşın hər şeyi buraxıb, əvvəlki kimi bir yumruq olması təbii ki, çoxlarını narahat edəcək. Çünki türklərin parça-parça və zəif olmasını istəyirlər. Biz onları bundan sonra da narahat edəcəyik. Çünki biz qardaşlarımızla qiyamətə qədər bərabərik".

Bəxtiyar Məmmədov
Azvision.az

Teqlər:   Türkiyə   Qardaş  







Xəbər lenti