Dneprdə terror aktı törədilib

Dneprdə terror aktı törədilib
  15 Sentyabr 2021    Oxunub:796
Bu gün Ukraynada ölümlə nəticələnən partlayış baş verib.
Azvision.az xəbər verir ki, Dneprdə avtomobilin partlaması nəticəsində 2 nəfər ölüb. Hüquq -mühafizə orqanları hadisəni terror hücumu kimi qiymətləndiriblər.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin "Facebook"da yaydığı məlumatda deyilir:

“Dneprdə partlayış baş verib. Saat 10: 30 -a olan məlumata görə, maşında bir kişi və bir qadının olduğu müəyyən edilib. Hadisə yerində tapılan sənədlərdən qurbanların kimliyi artıq müəyyən edilib. Hadisə ilə əlaqədar Ukrayna Cinayət Məcəlləsinin 258 -ci maddəsi (terror aktı) üzrə cinayət işi başlanıb".

Tural Tağıyev
Azvision.az



Teqlər: Terror   Ukrayna  





Xəbər lenti