Əfqanıstanın qadın futbol komandası ölkədən qaçıb

Əfqanıstanın qadın futbol komandası ölkədən qaçıb
  15 Sentyabr 2021    Oxunub:1129
Əfqanıstanın qadın futbol komandasının üzvləri ölkədən qaçıb.
Azvision.az xəbər verir ki, bu barədə Pakistanın İnformasiya naziri Favad Çaudri bildirib.

Məmur, idmançıların Əfqanıstan-Pakistan “Torxham” sərhəd keçid məntəqəsində olduğunu bildirərək milli komandanı salamlayıb. Onların Futbol Federasiyasının rəhbərliyi tərəfindən qəbul edildiyini söyləyib.

Futbolçulardan kimlərinin ölkədən çıxdığı və Əfqanıstanı beynəlxalq yarışlarda təmsil etməyə davam edəcəkləri dəqiqləşdirilməyib.

Bundan əvvəl milli komandanın bir neçə keçmiş futbolçusu artıq Əfqanıstanı tərk etmişdi. Digər idmançılara repressiyadan qaçmaq üçün sosial şəbəkədəki profillərini silməyi və formalarını dəyişməyi tövsiyə etdilər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan  



Xəbər lenti