Saleh yenidən Əfqanıstanı tərk edib

Saleh yenidən Əfqanıstanı tərk edib
  15 Sentyabr 2021    Oxunub:670
Əfqanıstanın keçmiş vitse-prezidenti Əmrulla Saleh yenidən ölkəni tərk edib.
Azvision.az “Sputnik Tacikistan”a istinadən xəbər verir ki, Saleh hərbi təyyarə ilə Pəncşirdən Düşənbəyə uçub.

"Milli Müqavimət Cəbhəsi rəhbərliyi Salehin Əfqanıstanı tərk etməsinə qərar verdi. Qalmaq onun üçün təhlükəlidir, çünki mövcud konstitusiyaya uyğun olaraq Əfqanıstanın faktiki lideridir, lakin o, Taliban hökuməti tərəfindən tanınmır”, - müqavimət cəbhəsindəki mənbə bildirib.

Qeyd olunub ki, indi “Taliban” nümayəndələri də vitse -prezidentin yanına getməyə və onun istefasına nail olmağa çalışırlar.

Bundan əlavə, mənbə Salehin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Düşənbədə bu həftə keçirilməsi nəzərdə tutulan iclaslarına qatılacağını da istisna etməyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Əmrulla-Saleh  





Xəbər lenti