Ermənistanda rektor işçini siyasi baxışına görə qovdu

Ermənistanda rektor işçini siyasi baxışına görə qovdu
  15 Sentyabr 2021    Oxunub:1030
Ermənistanda Nikol Paşinyanın yenidən baş nazir seçilməsindən sonra ölkədə siyasi təzyiqlər artıb. Bu gün İrəvan Dövlət Universitetinin yeni təyin olunmuş rektoru Hovanes Oqanisyan universitetin İnformasiya Departamentinin rəhbəri Qsorq Emin-Teryanı müəmmalı şəkildə vəzifəsindən azad edib.
Azvision.az xəbər verir ki, yerli media universitet rəsmisinin işdən qovulmasını onun siyasi baxışları ilə əlaqələndirir.

"Emin-Teryan özünün "Facebook"dakı profilində bu barədə yazaraq etirazını bildirib. O qeyd edib ki, "Nikolay"ın özbaşınalığı artıq İrəvan Dövlət Universitetinə də sirayət edir. Rektor bu gün onu əsassız ifadələrlə işdən qovub".

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan  



Xəbər lenti