Qabona aid qüvvələr MAR-dakı missiyadan çıxarılır

Qabona aid qüvvələr MAR-dakı missiyadan çıxarılır
  15 Sentyabr 2021    Oxunub:1478
BMT Qabon kontingentini təşkilatın Mərkəzi Afrika Respublikasındakı (MAR) sabitləşmə üzrə çoxprofilli kompleks missiyadan çıxarmaq barədə qərar qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib. Qərar kontingentin nümayəndələrinə cinsi xarakterli cinayətlər üzrə irəli sürülən ittihamlarla bağlıdır.

"BMT-nin Mərkəzi Afrika Respublikasındakı missiyası Qabonun bütün hərbçilərini dərhal geri çəkmək barədə qərarını açıqladı. Bu qərar Qabondan olan hərbi kontingentin cinsi zorakılıqları ilə bağlı əldə edilən etibarlı məlumatlar və onlara qarşı irəli sürülən ittihamlarla əlaqədardır", - BMT rəsmisi bildirib.

BMT-nin MAR-da missiyası 2014-cü ilin yazında Təhlükəsizlik Şurasının qərarı ilə yaradılıb. Missiyanın vəzifəsi ilk növbədə, ölkənin mülki əhalisini qorumaqdır. Missiyada 12 870 hərbçi olmaqla 14 mindən çox adam var. 10-dan çox ölkə burada təmsil olunur. Həmçinin, missiyaya 2 min polis əməkdaşı daxildir.

Azvision.az



Teqlər: BMT   Qabon   MAR  





Xəbər lenti