Çində zəlzələ: Ölən və yaralılar var

   Çində zəlzələ:    Ölən və yaralılar var
  16 Sentyabr 2021    Oxunub:621
Çinin cənub-qərbindəki Sıçuan əyalətində zəlzələ baş verib.
Azvision.az -ın məlumatına görə, zəlzələ nəticəsində azı üç sakin həlak olub, daha 60 nəfər xəsarət alıb. Zəlzələ dağıntılara da səbəb olub. Zəlzələnin episentri Neyszyan şəhər dairəsindən 50 kilometr şimal-şərqdə yerləşib.

Bundan əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) bildirib ki, Çinin cənubunda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla saat 20:33-də (Bakı vaxtı ilə saat 00:33) 6 maqnitudada baş verib.


Azvision.az


Teqlər: Çin  





Xəbər lenti