Bakıda köşk, Ucarda ikimərtəbəli bina yanıb

  16 Sentyabr 2021    Oxunub :287
Bakıda köşk, Ucarda ikimərtəbəli bina yanıb
Bakının Suraxanı rayonunda ümumi sahəsi 15 m² olan taxta konstruksiyadan ibarət köşk və içərisinə yığılan məişət əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ucar rayonunda isə ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Binanın (arakəsmə divarları taxta konstruksiyalardan ibarət) 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzillin yanar konstruksiyaları 9 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin döşəməsi 2 m² sahədə yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Hər iki mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Azvision.az

Teqlər: FHN  







Xəbər lenti