"İŞİD" liderini məhv etmişik" - Makron

  "İŞİD" liderini məhv etmişik" -  Makron
  16 Sentyabr 2021    Oxunub:1122
Fransa prezidenti Emmanuel Makron ölkənin silahlı qüvvələrinin Sahel bölgəsindəki “İŞİD” terror təşkilatının liderini məhv etdiyini bildirib.
Azvision.az xəbər verir ki, bu barədə Makron "Twitter" səhifəsində yazıb.

"Böyük Saharada "İslam Dövləti" terror qruplaşmasının lideri Adnan Əbu Valid əl-Sahraui Fransa hərbçiləri tərəfindən zərərsizləşdirilib. Bu, Saheldəki terror qruplaşmalarına qarşı mübarizəmizdəki daha bir böyük uğurdur. Afrikalı, avropalı tərəfdaşlarımızla birlikdə terrorizmə qarşı mübarizəni davam etdirəcəyik", - Fransa prezidenti vurğulayıb.

Azvision.az



Teqlər: Fransa   İŞİD  





Xəbər lenti