Ermənistan qəzeti Paşinyanın səhvlərindən yazdı

   Ermənistan qəzeti Paşinyanın səhvlərindən yazdı
  16 Sentyabr 2021    Oxunub:768
Ermənistan mediası baş nazir Nikol Paşinyanı növbəti dəfə qeyri-peşəkarlıqda günahlandırıb.
Azvision.az xəbər verir ki, ölkənin tanınmış qəzetlərindən biri, "Joğovurd" nəşri maraqlı bir məqalə dərc edərək Paşinyanın hələ də ölkə rəhbəri kimi normal siyasət sərgiləmədiyini yazıb.

-Ermənistan baş naziri Nikol Paşinyan özünün əvvəlki iş tərzini davam etdirir. O açıqlama verdikdən bir müddət sonra peşman olur və bu səhvini düzəltməyə çalışır. Buna ən son nümunə baş nazirin hökumətin iclasında Ermənistan respublikasının müstəqilliyinin 30 -cu ildönümünün qeyd olunmasını elan etməsidir. Ölkə rəhbəri bu elanı verərkən deyib- "Hazıkı vəziyyətə görə demək olmaz ki, bayram əhvalındayıq. Ancaq Ermənistan respublikasının müstəqilliyinin 30 -cu ildönümünün layiqincə qeyd olunmasına qərar verdik. Demək istəyirəm ki, sentyabrın 21-də ölkədə genişmiqyaslı tədbirlər olacaq. Respublika meydanında isə rəngarəng bir bayram keçiriləcək. Bu bayram ilk növbədə Qarabağda ölmüş Ermənistan hərbçilərinin xatirəsinə həsr olunacaq". Bir neçə gün ictimaiyyət Paşinyanın "rəngarəng fikirlərini" və açıqlamalarını müzakirə etdi.

Paşinyandan Eyvazlı və Çayzəmi kəndləri ilə bağlı etiraf
Bundan başqa deputat Aqnese Xamoyana cavab verən Paşinyan 44 günlük müharibənin baş verməsi ehtimalının ağıllarından keçirmədiklərini demişdi. Ancaq başqa bir açıqlamasında təzad var- "Ermənistan respublikasının müvafiq orqanları 25 sentyabr 2020 -ci il tarixindən əvvəl mənə verilən hesabatlarda, müharibənin yenidən başlanması ehtimalını qeyri -mümkün hesab etmişdilər".

Xatırladaq ki, Paşinyan daha əvvəl, 14 oktyabr 2020 -ci ildə müharibə ehtimalı haqqında məlumata malik olduğunu bəyan etmişdi. “Qarabağda müharibə bizim üçün gözlənilməz şəkildə başlamadı. Biz bunu bilir, ehtimal edirdik. Sual isə düşmənin haraya və nə vaxt hücum edəcəyi idi".

Qeyd edək ki, Nikol Paşinyan dəfələrlə təzadlı açıqlamaları və əvvəlki fikirlərini təkzib edən çıxışları ilə gündəməm gəlib.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Paşinyan   Ermənistan  





Xəbər lenti