Ağstafada 23 sürücü cərimələnib

Ağstafada 23 sürücü cərimələnib
  16 Sentyabr 2021    Oxunub:1290
Ağstafada yol polisi təhlükəsizlik tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYP) əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi nəzarət-profilaktiki tədbirlər keçirilir.

Keçirilən tədbirlər nəticəsində bir neçə avtomobilin ixrac qazlarının tərkibində olan zərərli maddələrin normadan artıq olduğu üçün atmosferi çirkləndirməsi aşkar edilib. Həmin sürücülər inzibati məsuliyyətə cəlb edilib. Vətəndaşların bir daha diqqətinə çatdırılıb ki, istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sistemi tənzimləməklə saz vəziyyətə gətirilməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edilməlidir.

DYP əməkdaşları piyadalar ilə də profilaktiki söhbət apararaq, onlara müəyyən edilmiş səkilərdən və piyada keçidlərindən istifadənin həm piyadaların həm də digər şəxslərin təhlükəsizliyi üçün vacib olduğu bildirilib.

Şəhər daxili sərnişin daşıma ilə məşğul olan avtobuslarda aparılan yoxlamalar zamanı isə karantin qaydalarının təmin edilməsi, tibbi maskadan istifadə edilməsi barədə vətəndaşlarla profilaktiki söhbətlər aparılıb, edilən xəbərdarlıqlara baxmayaraq karantin qaydalarını pozan sürücü və sərnişinlər barədə qanunamüvafiq tədbir görülüb. Keçirilən tədbirlər nəticəsində 23 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Azvision.az



Teqlər: Ağstafa  





Xəbər lenti