Hikmət Hacıyev İran səfiri ilə yenidən görüşüb - FOTO

   Hikmət Hacıyev İran səfiri ilə yenidən görüşüb    - FOTO
  16 Sentyabr 2021    Oxunub:2432
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə səfir tvitter səhifəsində paylaşım edib.

"Bu həftə ikinci dəfə cənab Hikmət Hacıyevlə görüşmək şansım oldu. Səmimi müzakirələrimiz zamanı yaxşı münasibətlərimizin mövcud vəziyyəti, gələcəyi və maraq doğuran digər məsələləri nəzərdən keçirdik", - səfir yazıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hikmət-Hacıyev   İran  





Xəbər lenti