Ermənistanda koronavirusa yoluxanların sayı 251 mini keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 251 mini keçdi
  16 Sentyabr 2021    Oxunub:1074
Ermənistanda son sutka ərzində daha 764 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 251 323 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 19 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5075-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1183 nəfərdir.

Aktiv xəstələrin sayı 10 649 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti