Putin KTMT-nin sammitinə qatıla bilmədiyi üçün üzr istəyib

Putin KTMT-nin sammitinə qatıla bilmədiyi üçün üzr istəyib
  16 Sentyabr 2021    Oxunub:662
Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Düşənbədə keçirilən sammitinə qatıla bilmədiyi üçün üzr istəyib.
Azvision.az "TASS"a istinadən xəbər verir ki, o, tədbirə videokonfrans vasitəsilə qoşulub.

Putin vurğulayıb ki, ətrafında koronavirusa yoluxan onlarla insan var: "Ona görə də son anda Düşənbəyə səfərimi təxirə salmaq məcburiyyətində qaldım".

Dövlət başçısı hələ bir neçə gün özünütəcrid rejimində olacağını deyib.

Qeyd edək ki, sentyabrın 15-də başlayan tədbirdə Rusiya, Taciksitan, Qazaxıstan, Qırğız Respublikası, Belarus və Ermənistan nümayəndə heyətləri iştirak edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Vladimir-Putin  





Xəbər lenti