İbtidai sinif dərslikləri tamamilə yenilənəcək
"Bu dərsliklərdə iş dəftərləri, həm də müəllimlər üçün bələdçi kitabçası var. Lakin müəllimlər bələdçi kitabçasından o qədər istifadə etmirlər. Onlar hələ yeni çağırışlara uyğunlaşa bilmirlər, bu da başa düşüləndir".
İnstitutun direktoru qeyd edib ki, ibtidai siniflərdə xarici dilin inkişaf etdirilməsi üçün English Happy Campers kitabları bizim konteksə uyğun adaptasiya olunub.
"I-II siniflərdə pilot layihə başa çatdırılıb. Bu dərsliyin III siniflərdə yeni tədris ilində pilot sınağı həyata keçiriləcək. I-IV siniflər üzrə Həyat bilgisi fənninin məzmununda təbiət fənlərinə aid hissələrin artırılması və inteqrativ şəkildə məzmun hazırlanması hədəflənir".
R.Əzizov qeyd edib ki, 7 istiqamət üzrə təmayül sinifləri üçün 8 fənnin tədris proqramı hazırlanır:
"Proqramlarda şagirdlərin müvafiq təmayül istiqamətləri üzrə ali təhsilə hazırlıqları hədəflənib. VII -IX siniflər üçün Fiziki, Kimya və Biologiya fənlərinin təhsil proqramlarının təkmilləşdirilməsi nəzərdə tutulur. Riyaziyyat fənninin I-IX siniflər üzrə məzmunu təhlil edilib, beynəlxalq qiymətləndirmə tədqiqatlarına uyğunluğu araşdırılıb. Hazırda Riyaziyyat fənninin təhsil proqramının təkmilləşdirilməsi prosesinə başlanılıb".
Aytən Zəhra
Azvision.az