Ermənistanın bayraq hörmətsizliyi öz başında çatladı

   Ermənistanın bayraq hörmətsizliyi öz başında çatladı
  16 Sentyabr 2021    Oxunub:1298
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısında Ermənistan bayrağının tərsinə qoyulması erməni cəmiyyətində narazılıqla qarşılanıb. Sosial şəbəkələrdə sadə ermənilərlə yanaşı bir sıra müxalif siyasətçilər bunu ölkənin əsas atributuna hörmətsizlik kimi qiymətləndiriblər.
Azvision.az xəbər verir ki, yerli media mövzunun üstündən keçməyərək bunun bir təxribat ola biləcəyini ehtimal edib. Saytlar toplantının təşkilatçıları ilə yanaşı bayrağın qarşısında oturan Ermənistan rəsmisini də qınayıblar.

Erməni generaldan Rusiya bayrağına hörmətsizlik - FOTO
Məsələ ilə bağlı açıqlama verən Ermənistanın “Sincar” Yezidi Milli Assosiasiyasının rəhbəri Boris Murazi deyib ki, əslində bu düşünülmüş addım da ola bilər. Çünki İrəvan da oxşar hörmətsizliyi Rusiyaya qarşı etmişdi.

"Bu Rusiya bayrağının tərsinə asılmasına cavab idi" - Murazi deyib.

Qeyd edək ki, KTMT-nin XİN başçıları, müdafiə nazirləri və təhlükəsizlik şuralarının katibləri Şurasının birgə iclası Rusiyada deyil, Düşənbədə keçirilib.

Xatırladaq ki, bu ilin aprel ayında Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov Ermənistan Müdafiə Nazirliyində görüş keçirərkən rus bayrağı masaya tərsinə qoyulmuşdu. Görüşlə bağlı fotolar Ermənistan müdafiə nazirliyinin saytından tez bir zamanda silinsə də, jurnalistlər həmin görüntüləri ictimailəşdirə bilmişdilər.



Tural Tağıyev
Azvision.az



Teqlər:   Bayraq   KTMT   Ermənistan  





Xəbər lenti