Rusiyada koronavirusdan daha 794 nəfər öldü

Rusiyada koronavirusdan daha 794 nəfər öldü
  16 Sentyabr 2021    Oxunub:581
Rusiyada son sutka ərzində daha 19 594 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən bildirir ki, ölkədə COVID-19-a yoluxanların sayı 7 214 520 nəfərə çatıb.

Ötən gün Rusiyada 794 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 195 835 nəfərə çatıb. İndiyədək 6 452 398 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Virus  





Xəbər lenti